AZ

Tramp Karlsonu “dəli” adlandırdı | VİDEO

AzVision.az xəbər verir ki, ABŞ prezidenti öz narazılığını “Truth Social” platformasındakı paylaşımında açıqlayıb.

“Kimsə lütfən, dəli Taker Karlsona başa salsın ki, İran nüvə silahına malik ola bilməz!”,- Donald Tramp yazıb.

Bundan əvvəl ABŞ-nin İranla potensial müharibədə fəlakətlə üzləşə biləcəyini proqnozlaşdıran Taker Karlson Amerika ordusunun tammiqyaslı döyüşə hazır olmadığını iddia edib. Jurnalist, həmçinin prezidenti tənqid edərək, onu illərlə maliyyə və silah tədarükü vasitəsilə İsrailin İrana qarşı hərəkətlərinə “şərik olmaqda” günahlandırıb.

İlon Mask Ağ Evdən gedir - VİDEO
Qeyd edək ki, öən il ABŞ-də prerzident seçkiləri kampaniyasında Donald Trampı dəstəkləmiş bəzi məşhur şəxslərin indi ona qarşı münasibəti diametral şəkildə dəyişməyə başlayıb.

Bir müddət əvvəl ABŞ prezidenti ilə gələn ilin büdcə layihəsi ilə bağlı fikir ixtilafına görə Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsini və Ağ Ev administrasiyasını tərk edən milyarder İlon Maskla Donald Tramp arasında kəskin bəyanatlar mübadiləsi bunun əyani sübutudur.

Görünür, bu neqativ nümunə artıq Tramp-Karlson münasibətlərində özünü biruzə verməyə başlayıb. Bəzi ekspertlər ekssentrik siyasətçi Donald Trampın öv silahdaşları və tərəfdarları ilə münasibətlərdində belə halları heç də təəccüblü saymırlar. Onların fikrincə, ABŞ prezidentinin belə addımlarına daim hazır olmaq lazımdır. Çünki o, komandasındakı istənilən fiqurla vidalaşmaqdan heç vaxt çəkinməyib.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
4
1
azvision.az

2Mənbələr