AZ

Finlandiya Prezidenti: "Hazırda Fələstini tanımaq üçün heç bir səbəb görmürəm"- ÖZƏL

Finlandiya Prezidenti Aleksander Stubb bildirib ki, Yaxın Şərqdəki davam edən qeyri-sabitlik və İsrail ilə İran arasında gərginliyin artması fonunda Helsinki hələlik Fələstin dövlətini tanımağı planlaşdırmır.
Olaylar.az xəbər verir ki, bu barədə "Helsinki Times" qəzeti xəbər yayıb. Prezident Stubb qeyd edib ki, hazırda beynəlxalq ictimaiyyətin diqqəti Finlandiyanın Fələstini tanımasına deyil, bölgədəki böhranın həllinə yönəlib.
"Hazırkı mərhələdə Fələstin dövlətini tanımağın heç bir üstünlüyünü görmürəm", - deyə dövlət başçısı vurğulayıb.
O, Fələstinin mümkün tanınması üçün əsas şərtləri də sadalayıb: bölgədə atəşkəsin əldə olunması, İsraillə sülh danışıqlarına başlanması və iki dövlətin yaradılmasına dair razılıq əldə olunması.
Hazırda BMT-yə üzv olan 148 ölkə Fələstin dövlətini tanıyıb. 95 ölkədə isə Fələstinin səfirlik və daimi nümayəndəlikləri fəaliyyət göstərir. Keçmiş SSRİ - bu gün onun hüquqi varisi olan Rusiya - Fələstini hələ 1988-ci ildə rəsmən tanımışdı.
Qeyd edək ki, "iki dövlət - iki xalq üçün" prinsipi 1967-ci il sərhədləri çərçivəsində, Şərqi Qüdsü paytaxt etmək şərti ilə müstəqil Fələstin dövlətinin yaradılmasını və onun İsraillə sülh şəraitində yanaşı yaşamasını nəzərdə tutur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
8
olaylar.az

1Mənbələr