AZ

"Qalatasaray"a bəd xəbər - "İnter" Hakan Çalhanoğlunu satmır


Milan "İnter"i bu yay türkiyəli yarımmüdafiəçi Hakan Çalhanoğlunu satmağı düşünmür. Bu barədə "Sky Sport Italia" məlumat yayıb. Xəbərdə türkiyəli futbolçunun mümkün transferi ilə bağlı klubun digər komandalarla əlaqəsinin olmadığı və buna görə də "İnter"in yarımmüdafiəçiyə heç bir əvəz axtarmadığı bildirilir.

Xatırladaq ki, Türkiyənin "Qalatasaray" klubunun neçə gündür H. Çalhanoğlunun transferi üçün Milan təmsilçisi ilə danışıqlar apardığı barədə xəbərlər yayılıb. Futbolçunun özü də "Qalatasaray"ı çox sevdiyini və bu klubda oynamağa hazır olduğunu dəfələrlə bəyan edib.

Mətləb Salahov

Seçilən
2
baki-xeber.com

1Mənbələr