AZ

Tramp: Makron hər dəfə məsələləri yanlış anlayır

“Emmanuel Makron yanlışlıqla mənim “G7” sammitini yarıda qoyaraq, Vaşinqtona məhz İsrail və İran arasında atəşkəsə nail olmağa getdiyimi deyib. Bu, səhvdir. Məsələ daha ciddidir”.

APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp açıqlayıb.

O söyləyib ki, Fransa prezidentinin onun nə üçün geri qayıtması barədə təsəvvürü belə yoxdur:

“Bu, heç bir şəkildə atəşkəs əldə etməklə bağlı deyil. Məsələ daha da ciddidir. Emmanuel hər dəfə məsələləri yanlış anlayır. Bilmirəm bunu qəsdən belə edir, ya yox” – deyə, D. Tramp qeyd edib.

Seçilən
1
2
apa.az

3Mənbələr