AZ

Paşinyan II Qareginlə bağlı əmr verdi

BAKI, 17 iyun. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyanın əmri ilə ölkənin təhlükəsizlik orqanları bütün ermənilərin katolikosu II Qaregin barəsində faktlar toplayır.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın hökumət mənbələrinə istinadla “Hraparak” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, Nikol Paşinyan 4 gündür sosial mediada katolikos və kilsə haqqında paylaşım etməsə də, kilsəyə qarşı kampaniya bitmiş hesab edilə bilməz:

“Hökumət mənbələrinin bildirdiyinə görə, susqunluq olsa da, hökumət kilsəyə qarşı gizli fəaliyyətini davam etdirir: onlar faktlar toplayır və kompromatlar hazırlayırlar. Passivlik regiondakı qeyri-sabitlik, İran-İsrail müharibəsi ilə şərtlənir”.

“Hraparak”ın fikrincə, Paşinyan II Qareginə son zərbəni vurmaq, yəni onu vəzifəsindən uzaqlaşdırmaq üçün uyğun məqamı gözləyir. Mənbə Ermənistan baş nazirinin məsələni 2026-cı ilin iyununda keçiriləcək parlament seçkilərinə qədər həll etmək istədiyini bildirib.

Xatırladaq ki, bundan əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qregini subaylıq andını pozmaqda ittiham edib. Paşinyanın sözlərinə görə, subaylıq andını pozaraq övlad sahibi olan Qaregin artıq Erməni Apostol Kilsəsinin rəhbəri ola bilməz.

Ermənistan hökumətinin başçısı Erməni Apostol Kilsəsinə yeni katolikosun seçilməsi üçün seçkilərə və bu məqsədlə koordinasiya şurasının yaradılmasına çağırıb.

Seçilən
1
teleqraf.com

1Mənbələr