AZ

İsrailin İranın Kaşan şəhərinə endirdiyi hava zərbəsi nəticəsində 3 nəfər ölüb

İsrailin İranın İsfahan vilayətinin Kaşan şəhərinə endirdiyi zərbə nəticəsində azı üç nəfər həlak olub, dörd nəfər isə yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə vilayət qubernatorunun müavini Əkbər Salehi məlumat verib.

“İrana qarşı İsrailin 17 iyun səhər saatlarında həyata keçirdiyi hücum nəticəsində Kaşandakı nəzarət-buraxılış məntəqəsinə raket düşüb. Bu amansız hücum nəticəsində üç nəfər həyatını itirib, dörd nəfər isə yaralanıb”, – deyə o bildirib.

Əvvəllər Əkbər Salehi bildirmişdi ki, İsfahan şəhərində hava hücumundan müdafiə sistemləri bir neçə kiçik pilotsuz uçuş aparatını (PUA) vurub. Bu dronlardan biri Kaşan üzərində məhv edilib və onun hədəfi Natanz şəhərində yerləşən nüvə obyekt olub.

Seçilən
15
operativmedia.az

1Mənbələr