Madrid "Atletiko"sunun futbolçusu Antuan Qrizmann dördüncü dəfə ata olub.

Offsideplus.az xəbər verir ki, iyunun 15-də 34 yaşlı hücumçunun qızı doğulub.

Yeni doğulan körpəyə Şay adı qoyulub.

Bu, Qrizmann və Erika Çoperena ailəsində aprelin 8-də anadan olmayan ilk uşaqdır. 

Cütlüyün bundan əvvəlki hər 3 qızı müxtəlif illərdə, amma eyni gündə - aprelin 8-də doğulub: Mia 2016-cı, Amaro 2019-cu, Alba isə 2021-ci ildə.

"Bu gün Şay doğulub - bizim pazzlın çatışmayan fraqmenti", - deyə Qrizmann sosial media səhifəsində yazıb.