AZ

Fazil Novruzov: Mediadakı islahatlar əlilliyi olan şəxslərdən yan keçə bilməzdi

BAKI, 17 iyun. TELEQRAF

"Əlilliyi olan şəxslərin hüquqlarının qorunması" haqqında olan qanuna dəyişikliklərin bir qismi media ilə əlaqəlidir.

Teleqraf xəbər verir ki, bunu Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov "Audiovizual mediada bərabərlik və informasiyaya əlçatanlıq" adlı tədbirdə deyib.

O bildirib ki, həmin dəyişikliklər bir sıra qurumların kommunikasiya fəaliyyətinin nəticəsidir.

"Bu dəyişikliklər zamanın tələbidir. Media sahəsində son illər keçirilən islahatlar əlilliyi olan şəxslərdən yan keçə bilməzdi. Əlilliyi olan şəxslərin hüquqlarının qorunması bərabərlik prinsipinin qorunması deməkdir. Bu sadəcə sosial məsuliyyət deyil", - aparat rəhbəri əlavə edib.

Seçilən
1
teleqraf.com

1Mənbələr