AZ

Küveyt Baş Qərargahı: “Raketlər çox yüksəkdən uçur, Küveytə təhlükəsi yoxdur”

Yazını böyüt
Yazını kiçilt

İsraillə İranın bir-birinə göndərdiyi dron və qırıcıların yolu üzərində yerləşən Küveytdən maraqlı və çox rahat açıqlama gəlib. Küveyt Ordusunun Baş Qərargahı bu gün sosial mediada ölkə səmasında ballistik raketlərin görünməsi ilə bağlı yayılan xəbərləri cavablandırıb.

Hafta.az-ın KUNA-ya istinadən yazdığına görə, Baş Qərargah sözügedən raketlərin çox yüksək hündürlükdə uçduğunu, Əmirlik ərazisinə heç bir təhlükə törətmədiyini bildirib.

Küveyt Baş Qərargahı vətəndaşları şayiələrə inanmamağa və milli təhlükəsizliklə bağlı məlumat üçün rəsmi mənbələrə etibar etməyə çağırıb.

Xatırladaq ki, İsrail və İran dördüncü gündür ki, hava və raket hücumları mübadiləsini davam etdirir. Təl-Əviv İranın müxtəlif hərbi və həyati əhəmiyyətli hədəflərinə zərbə vurur, Tehran da “bütün qırmızı xətləri keçən” İsrailə cavab verməkdə “hüdud bilməyəcəyini” deyir və ballistik raketlərlə yəhudi dövlətinə bir neçə dəfə hücum edib.

Bugünkü hücumlar hər iki ölkənin infrastrukturuna yönəlib. İran İsraildəki "həyati vacib hədəflərə" raket hücumları edəcəyinə söz verib.

İsrailin fövqəladə hallar xidməti bu gün elan edib ki, İranın yəhudi dövlətinə atdığı son raketlər 5 nəfərin ölümünə və 100-ə yaxın insanın yaralanmasına səbəb olub.

Seçilən
22
hafta.az

1Mənbələr