Məşhur müğənni Şakira etirafı ilə təəccübləndirib.
BAKU.WS xəbər verir ki, ABŞ prezidenti prezident Donlad Trampın miqrantlarla bağlı siyasətinə münasibət bildirən sənətçi qorxu içində yaşadığını dilə gətirib.
O, bu barədə BBC-yə verdiyi müsahibədə qeyd edib.
4 dəfə "Grammy" qazanan ifaçı "Bu mütəmadi olaraq qorxu içində yaşamaq deməkdir. Bunu hiss etmək və yaşamaq çox kədərlidir"- deyə, qeyd edib.
"Daha yaxşı bir gələcək qurmaq üçün bu ölkəyə gələn digər kolumbiyalı miqrantlar kimi mən də ABŞ-yə köçəndə cəmi 19 yaşım var idi. İndi həmişəkindən daha çox birliyə ehtiyacımız var. Əvvəlkindən daha çox səsimizi yüksəltməliyik. Bu ölkənin miqrantlarla bağlı siyasətini dəyişə biləcəyini açıq şəkildə ortaya qoymalıyıq" - deyə müğənni əlavə edib.
Xatırladaq ki, 12 illik sevgilisindən ayrılan Şakiranın Saşa və Milan adlı iki oğlu var.