AZ

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

 

Bakı, 17 iyun, AZƏRTAC

İyunun 16-da ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən m\lumata görə, axtarışda olduğuna görə ümumilikdə 36, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

 

Seçilən
18
3
azertag.az

10Mənbələr