İran silahlı qüvvələrinin yeni Baş Qərargah rəisi, bir neçə gün əvvəl sələfinin öldürülməsindən sonra təyin edilmiş Əli Şadmani gecə ərzində İrana endirilən hava zərbələri nəticəsində öldürülüb.
Publika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
"Dəqiq kəşfiyyat məlumatları və qəfil fürsətdən sonra IAF qırıcıları gecə saatlarında Tehranın mərkəzində yerləşən qərargahlara hücum edərək, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ən yüksək rütbəli hərbi komandir və İran lideri Əli Xameneiyə ən yaxın olan Əli Şadmanini öldürüb", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, o, bu vəzifəyə bir neçə gün əvvəl, əvvəlki Baş Qərargah rəisi öldürüləndən sonra təyin edilmişdi.