AZ

Rusiya Ukraynaya gecə zərbələri endirib: 14 nəfər ölüb, onlarla yaralı var

BAKI, 17 iyun. TELEQRAF

Rusiya Silahlı Qüvvələrinin Ukraynaya gecə saatlarında həyata keçirdiyi raket hücumları nəticəsində ağır insan tələfatı və yaralanmalar qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna daxili işlər naziri İqor Klimenko yerli mediaya açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, raket hücumları nəticəsində təkcə Kiyev şəhərində 14 nəfər həyatını itirib, müxtəlif dərəcəli bədən xəsarətləri alan 44 nəfər isə yaralanıb. Yaralılar arasında ağır vəziyyətdə olanlar da var.

Bundan əlavə, hücum nəticəsində Odessada 10 nəfər yaralanıb. Kiyev və Çerniqov vilayətlərində isə daha bir nəfərin yaralandığı bildirilir.

Hazırda zərbələrin dəqiq miqyası, dağıntıların həcmi və itkilərlə bağlı araşdırmalar davam edir. Ukrayna rəsmiləri beynəlxalq ictimaiyyəti bu hücumlara reaksiya verməyə çağırıb.

Seçilən
8
teleqraf.com

1Mənbələr