Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri (IDF) İran silahlı qüvvələrinin yenitəyin olunmuş qərargah rəisi Əli Şadmanini zərərsizləşdirdiyinibəyan edib.
Trend xəbər verirki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.
Məlumata görə, hadisənin təfərrüatları barədə hələ ki, açıqlamaverilmir.
Qeyd edək ki, onun sələfi - Ələm Əli Rəşid bir neçə gün öncəİsrailin hava hücumları nəticəsində öldürülmüşdü.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb