AZ

Kiyevə çoxkombinasiyalı hava hücumu:ÖLƏNLƏR, YARALANANLAR VƏ İTKİN DÜŞƏNLƏR VAR

İyunun 17-ə keçən gecədən başlayaraq Ukraynanın paytaxtı Kiyev şəhəri çoxkombinasiyalı hava hücumuna məruz qalıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Rusiya silahlı qüvvələri ilkin olaraq kütləvi hücum dronlarından istifadə edib. Kiyevdə intensiv partlayış səsləri eşidilib. Daha sonra paytaxtda müxtəlif tipli raketlər atılıb. Bununla bağlı Kiyev şəhər Hərbi Administrasiyası vətəndaşlara xəbərdarlıq edib.

 

Kiyev şəhər meri Vitali Kliçko bildirib ki, hava hücumu nəticəsində Kiyevin bir sıra yaşayış binalarında dağıntılar qeydə alınıb. Mülki şəxslər arasında ölənlər və xəsarət alanlar var. Fövqəladə Hallar üzrə Dövlət Xidməti, təcili yardım maşınları hadisə yerindədirlər.

 

İlkin məlumata görə, paytaxtda 14 nəfər həlak olub, 40-a yaxın şəxs yaralanıb, 10 nəfər itkin düşüb. 


Seçilən
13
9
senzor.az

10Mənbələr