AZ

ABŞ barmağı tətikdə gözləyir

ABŞ-ın müdafiə naziri Pit Heqset ABŞ ordusunun müdafiə mövqeyi seçdiyini bildirib.

Pentaqon rəhbəri “Fox News” telekanalına müsahibəsində deyib: “Biz ayıq və hazırıq. Biz əvvəldən demişdik ki, bölgədə xalqımızı və resurslarımızı qorumaq üçün varıq”.
Heqset əlavə edib ki, ABŞ prezidenti Donald Tramp hələ də nüvə proqramı ilə bağlı Tehranla saziş bağlamaq istəyir. O, Tramp ABŞ administrasiyasına İran rəsmiləri ilə tez bir zamanda görüşü təşkil etməyə çalışmağı tapşırıb.

İyunun 16-da axşam saatlarında ABŞ prezidenti “Truth” sosial şəbəkəsində “İran nüvə sazişini imzalamalı idi” yazısını dərc edərək, Tehrandan təcili təxliyəyə çağırıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
17
editor.az

1Mənbələr