AZ

Rusiya mətbuatı Berezutskinin ayrılığını başqa cür izah etdi – “xəbərlər yenə doğru çıxmadı”

Rusiya mətbuatı Vasili Berezutskinin “Sabah”ın baş məşqçisi postundan ayrılması haqda yazı hazırlayıb.

“Football-plus.az”ın məlumatına görə, “sovsport.ru” nəşri mütəxəssisin “bayquşlar”dakı işinə davam etməməsi haqda xəbəri belə şərh edib:
“Berezutskinin işi “Sabah” rəhbərliyini qane etməyib. Mənbələrimizdə olan bilgiyə görə, baş məşqçinin gah parlaq qələbələr qazanması, gah da gözlənilməz məğlubiyyətlə üzləşməsi ayrılıq qərarıyla nəticələnib. Klub ona premyer-liqada yaşanan uğursuzluqları xatırladıb və komandanın performansından razı qalmadığını bildirib. Burda diqqətçəkən məqamlardan biri də “Sabah”ın səfərdə “Turan Tovuz”a uduzduqdan sonra (30-cu tur – 1:2) rəhbərliyin Vasili Berezutskiyə nəticədən məmnun olmadıqlarını və Azərbaycan kubokunu qazansa da, yolları ayıracaqlarını deməsidi. Ancaq daha sonra bu durum dəyişdi. Klubun idman direktoru “Qarabağ”ı məğlub edərək Avropa Liqasına vəsiqə qazanan Vasili Berezutskiylə yola davam etmək istədiyini bildirdi. Hətta baş məşqçiylə klub arasında yeni müqavilənin imzalanacağı da gözlənilirdi. Lakin xəbərlər yenə doğru çıxmadı və mütəxəssis vəzifəsindən azad olundu”.
Rusiyalı həmkarlarımız Vasili Berezutskinin uzun müddət işsiz qalmayacağını da bildirib:
“Onun üçün yolun sonu deyil. Üfüqdə böyük şans görünür. ÇSKA rəhbərliyinin baş məşqçi postu üçün əsas namizədlərindən biri Vasili Berezutskidi”.
KƏNAN BAHADIR
Seçilən
1
1
football-plus.az

2Mənbələr