AZ

Rəşad Nəbiyevdən Zelim Tçkayevlə bağlı PAYLAŞIM

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev dünya çempionatında bürünc medal qazanan Zelim Tçkayevi (81 kq) təbrik edib.

İdman.biz xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində paylaşım edib.

Federasiya rəhbəri qarşıdakı gündə tatamiyə çıxacaq cüdoçulara da uğurlar arzulayıb: “Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında idmançımız Zelim Tçkayev bürünc medal qazandı. Zelimi bu nailiyyəti münasibətilə təbrik edir, qarşıdakı yarış günlərində mübarizə aparacaq bütün cüdoçularımıza uğurlar arzulayıram”.

Qeyd edək ki, Hidayət Heydərov dünya çempionatında bürünc uğrunda Nuqzari Tatalaşviliyə (BƏƏ) qalib gəlib.

İdman.biz

Seçilən
15
2
idman.biz

3Mənbələr