AZ

Hər şey hazır idi: Ermənistanın planlaşdırdığı bu “dəhliz” açılmadı

Çindən Ermənistana yeni beynəlxalq multimodal marşrutun işə salınma tarixləri İran-İsrail eskalasiyası səbəbindən dəyişib.

Publika.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Ermənistanın Ticarət və Sənaye Palatasının vitse-prezidenti Karen İvanov bildirib .

Daha əvvəl bildirilmişdi ki, iyunda Çindən Qazaxıstan, Türkmənistan və İran vasitəsilə Ermənistana yeni nəqliyyat marşrutu açılmalı idi.

"Tərəflər arasında saziş imzalanıb. Biz iyunun 20-dən sonra Çinin Sian şəhərindən İrəvana ilk konteyner qatarını buraxmağı planlaşdırırdıq. Lakin İran-İsrail gərginliyi fonunda yük İran ərazisindən keçə bilməyəcəyi üçün daşıma ləğv edilib", - İvanov bildirib.

Onun sözlərinə görə, göstərilən marşrut multimodaldır və yüklərin konteyner gəmilərində və yük maşınlarında daşınmasını əhatə edir.

Marşrutun təşəbbüskarı Ermənistan tərəfi, operatoru Qazaxıstandır. Çindən gələn konteyner qatarı Qazaxıstan və Türkmənistandan keçməklə İranın “Culfa” terminalına çatacaq. Oradan konteynerlər boşaldıqdan sonra yük maşınlar ilə İrəvana çatdırılacaq.

Seçilən
16
publika.az

1Mənbələr