AZ

G7 liderləri müharibəni dayandırmağa çağırıb

Kanadada keçirilən G7 sammiti zamanı liderlər, xüsusilə Qəzza zolağında sülhün zəruriliyini vurğulayaraq, Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırıblar. 

Sammit iştirakçıları İsrail və İran arasında davam edən hərbi əməliyyatları “bölgədə indiyə qədər qeydə alınan ən ciddi münaqişə eskalasiyası” kimi qiymətləndiriblər.

Liderlər birgə bəyanatda “İsrailin özünümüdafiə hüququna malik olduğunu” vurğulayaraq, regionda sülh və sabitliyin qorunmasına sadiq olduqlarını bir daha təsdiqləyiblər.

Bəyanatda həmçinin qeyd olunub ki, İran heç vaxt nüvə silahına malik olmamalıdır. 

Fransa prezidenti Emmanuel Makron bildirib ki, ABŞ prezidenti Donald Tramp Yaxın Şərqdəki vəziyyətlə əlaqədar sammiti bir gün tez tərk edib, barışıq təşəbbüsü təklif edib.

"Xüsusən də barışıq yaratmaq və daha geniş müzakirələrə başlamaq məqsədi ilə təklif irəli sürülüb. Hesab edirəm ki, bu, çox müsbət addımdır", - Makron jurnalistlərə deyib. 

Aytac 

Seçilən
1
anews.az

1Mənbələr