AZ

Dünya çempionatı: Daha iki cüdoçumuz mübarizəyə qoşulur

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, bu gün Azərbaycanın daha iki cüdoçusu mübarizəyə qoşulacaq.

Yarışın beşinci günündə 90 kq çəki dərəcəsində mübarizə aparan iki idmançımız Elcan Hacıyevlə Vüqar Talıbov tatami üzərinə çıxacaq.

Talıbov mundiala 1/32 final mərhələsindən başlayacaq. O, gürcüstanlı Luka Maisuradze ilə münasibətlərinə aydınlıq gətirəcək.

İlk mərhələdən azad olan Hacıyev isə Özbəkistan təmsilçisi Nurbek Murtozoyevlə mavrikiyalı Remi Föyye cütünün qalibi ilə qarşılaşacaq.
 

Seçilən
10
fanat.az

1Mənbələr