AZ

ABŞ İsrail-İran münaqişəsinə güc yolu ilə müdaxilə edə bilər

Senat çoxluğunun lideri Con Tun diqqət çəkən fikirlər səsləndirib. CNN-nin yaydığı məlumata görə, o deyib ki, əgər İsrail və İran arasında münaqişənin diplomatik yollarla həlli cəhdləri uğursuzluqla nəticələnərsə, gücdən istifadə variantı istisna edilə bilməz. 


"Birləşmiş Ştatlar hazırda əsasən müdafiə mövqeyindədir, lakin hansısa məqamda hücum strategiyasına keçmək lazım gələ bilər. Bununla belə, belə qərarlar prezident, onun komandası və Pentaqon tərəfindən qəbul edilməlidir", - Tun deyib.


Onun sözlərinə görə, o, müdafiə məsələlərində “prezident Trampın əl-qolunu bağlamaq” istəmir.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və bəzi yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib. Artıq bir neçə gündür ki, hər iki ölkə qarşılıqlı şəkildə bir-birinin ərazisini bombalayır.

Tural

Seçilən
13
news365.az

1Mənbələr