AZ

ABŞ İranla nüvə sazişi və atəşkəs üçün dialoq təklif edir

BAKI, TurkicWorld

ABŞ İranla nüvə sazişi və atəşkəslə bağlı gizli danışıqlar təklif edir.

TurkicWorld xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun bu həftə İranın xarici işlər naziri Abbas Arakçi ilə görüşə biləcəyi ehtimal olunur.

Məqsəd həm nüvə sazişi məsələsini, həm də İran-İsrail arasında artan gərginliyi müzakirə etməkdir.

Məlumata görə, iki ölkə arasında planlaşdırılan bu təmasda Tramp administrasiyası İranı masa arxasına gətirmək üçün müxtəlif təzyiq alətlərindən, o cümlədən Fordo nüvə obyektinə qarşı istifadə oluna biləcək bunker partladan bombalardan istifadə etmə ehtimalını nəzərdən keçirir.

Məlumata əsasən, görüş təşəbbüsü artıq İran tərəfi ilə paylaşılıb və hazırda diplomatik kanallar vasitəsilə koordinasiya işləri aparılır.

Qeyd edək ki, iyunun 13-də İsrailin İrana qarşı başlatdığı irimiqyaslı hücumlarda nüvə obyektləri və ordu rəhbərliyi hədəf alınıb. Hücum nəticəsində İranın Baş Qərargah rəisi və İnqilab Keşikçiləri Korpusunun komandanı da daxil olmaqla, yüksək səviyyəli hərbçilər və 9 nüvə alimi həlak olub. Ümumilikdə 224 mülki şəxsin həyatını itirdiyi bildirilir.

İranın cavab hücumlarında isə İsraildə 24 nəfər ölüb, 500-dən çox insan yaralanıb. Başda Türkiyə olmaqla bir sıra ölkələr İsrailin hərbi əməliyyatlarını kəskin şəkildə qınayıb.

Seçilən
3
turkic.world

1Mənbələr