AZ

5 gündə 2 nəfəri it dişləyib - Bu binada sakinlər QORXU İÇİNDƏDİR

Bakıda, Tbilisi prospekti 1058 ünvanında yaşayan sakinlər sahibsiz itlərdən narazıdırlar.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, ərazidə yaşayanlar dəfələrlə sahibsiz itlərin hücumuna məruz qalıb. Son 5 gündə iki dəfə itdişləmə qeydə alınıb. 

"Sahibsiz itlərin əlindən çölə-bayıra çıxa bilmirik. Axşamlar buralar daha da təhlükəli olur. Binamızın ətrafında yiyəsiz meydança var. İnsanlar itlərini gətirib orada azdırırlar. Olan da bizə, sakinlərə olur",-deyə sakinlərdən biri bildirib. 

Hadisə yerindən kadrları təqdim edirik:

Seçilən
5
1
far.az

2Mənbələr