AZ

Polis əməliyyat keçirdi - Saxlanılan var

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Rövşən Bağırov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Ekologiya.az-a verilən məlumata görə, ondan 1 kiloqram marixuana və 350 qram heroin aşkarlanıb.

R.Bağırov narkotikləri onlayn yolla satmaq niyyəti ilə əldə edib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Seçilən
102
50
ekologiya.az

10Mənbələr