AZ

İsrail-İran münaqişəsi neftin qiymətinə necə təsir edə bilər? - ŞƏRH

Bakı.Trend:

İsraillə İran arasında hərbi münaqişənin indiyə qədər ən gərginvə qanlı fazasını yaşadığını artıq 5 gündür ki, müşahidəedirik.

Bunu Trend-əaçıqlamasında son günlər baş verən proseslərin dünya neftinətəsirini şərh edən iqtisadçı ekspert İlham Şaban deyib.

O qeyd edib ki, münaqişənin neft bazarlarına necə təsir etməsinəbaxdıqda, maraqlı bir situasiya yaranır:

“Cümə günü, yəni bazarlar İsrailin İrana zərbələr endirməsi iləbağlı ilk xəbərləri aldıqda, neftin qiyməti 78 dollar 50 sentəqədər bahalaşdı. Halbuki, bundan əvvəl London Əmtəə Birjasındaneftin bir barreli 69 dollara satılırdı. Lakin iyunun 13-də Londonbirjası bağlanarkən Brent markalı neftin qiyməti 74 dollar 23 sentsəviyyəsində qərarlaşmışdı. Sonuncu partiya da bu qiymətləbağlanmışdı. Növbəti günlər ərzində iki ölkə arasında qarşılıqlızərbələr davam etdi. Təhlilçilər belə qənaətə gəlirdilər ki, bumünaqişə artıq əvvəlki kimi birgünlük və ya bir dəfəlik zərbələrləməhdudlaşmır. Halbuki indiyə qədərki zərbələrin miqyası İranınümumi hərbi potensialının heç 10 faizinə belə çatmırdı. Bunabaxmayaraq, bu iki fakt İrandakı neft obyektlərinə yönəlmişhücumların baş verdiyini göstərirdi. Belə bir fonda, həftənin soniş günü ilə müqayisədə neft qiymətlərinin kəskin artması gözlənilənidi. Lakin maraqlıdır ki, 16 iyun tarixində, saat 11:30 radələrindədünya birjalarında Brent markalı neftin qiyməti 74.80 dollarətrafında dəyişirdi. Qiymət hələ 75 dollara belə çatmamışdı. Bu daonu göstərir ki, ilkin emosiyalar səngiyib, bazara çıxarılan neftinhəcmi kifayət qədərdir. Neftin logistikasında ciddi problem və yaçatışmazlıqla bağlı məlumatlar yoxdur. İran ərazisinə endirilənzərbələr əsasən hərbi və strateji nüvə obyektlərinə yönəlib. Bubaxımdan, hələlik neft bazarında böyük artım müşahidə edilmir.Gələcək üçün müxtəlif ssenarilər irəli sürülür. Bu cür ssenarilərləbiz İrana qarşı sanksiyalar tətbiq ediləndə və ya bölgədə siyasigərginlik yarananda tez-tez rastlaşırıq. Onlardan biri də Hörmüzkörfəzinin bağlanması ehtimalıdır. Lakin tarix boyu belə bir halbaş verməyib. Mən hesab edirəm ki, bu, ümumiyyətlə real bir ssenarideyil”.

Ekspert qeyd edib ki, bir barrel neftin qiymətinin 100 dollarıkeçəcəyi, hətta 200-300 dollara çatacağı ilə bağlı fikirlər həmişəsəslənib, amma heç vaxt özünü praktikada doğrultmayıb:

“Ona görə də bir qədər realist olmaq lazımdır. Bir məqama xüsusidiqqət yetirilməlidir, əgər İran ilin əvvəlində gündəlik təxminən 2milyon barrel həcmində neft və kondensat ixrac edirdisə, may ayındabu göstərici artıq 2,1 milyon barrelə yüksəlib. Ümumi gündəlikhasilat isə təxminən 4,5 milyon barrel təşkil edir. Bu isə odeməkdir ki, hasil olunan neftin təxminən 45 faizi ixracayönəldilir. İran neftinin yarıdan çoxunu Çin alır. Hazırda Çinİrandan gündəlik təxminən 1,1 milyon barrel xam neft idxal edir.Bunlar olduqca böyük rəqəmlərdir. Təsəvvür edin, İran bu il ərzindəxam neftin ixracından gündəlik 100 milyon dollardan çox gəlir əldəedir. İllik hesablasaq, bu təqribən 40 milyard dollara yaxın vəsaitdeməkdir. Bu səbəbdən də İranın iqtisadi imkanları kifayət qədərgenişdir. Neft sektoru onun iqtisadiyyatının əsasını təşkil edir vəhərbi gücünü qorumaq üçün başlıca maliyyə mənbəyidir”.

İqtisadçı ekspert Eldəniz Əmirov isə Trend-ə bildirib ki,İran–İsrail müharibəsi ərəfəsində iqtisadi təhdidlər artır:

“İsrail-İran hərbi qarşıdurması neft bazarına ciddi təsirgöstərib. Brent markalı neftin qiyməti bir neçə gün ərzində 10%-dənçox bahalaşaraq əvvəlcə 75,15 dollar, daha sonra isə 76,94 dollarsəviyyəsinə yüksəlib. Xam neft fyuçerslərinin qiymətində də 13%-əqədər artım müşahidə olunub. ABŞ-nin VIX indeksi son üç həftəərzində ilk dəfə olaraq maksimum həddə çatıb. Sərmayəçilər riskdənqaçaraq səhmlərdən çıxır və vəsaitlərini qızıl və dövlətistiqrazları kimi daha təhlükəsiz aktivlərə yönəldirlər.Münaqişənin Hörmüz boğazı ətrafında gərginliyi artırması isə enerjibazarına əlavə risklər gətirir. Hazırda gündəlik 18–20 milyonbarrel neft bu boğazdan keçir və bu, dünya neft ticarətinintəxminən 20%-i deməkdir. İranın Hörmüz boğazını bağlama təhdidi isəneftin qiymətində daha da kəskin sıçrayışlara səbəb ola bilər.Beynəlxalq Valyuta Fondunun (BVF) hesablamalarına görə, neftinqiymətində 10%-lik artım, inkişaf etmiş ölkələrdə inflyasiyanıtəxminən 0,4 faiz bəndi yüksəldir. Eyni zamanda, qaz bazarı da riskaltındadır. Qətər və BƏƏ-nin bütün mayeləşdirilmiş təbii qaz (LNG)ixracatı məhz Hörmüz boğazı vasitəsilə həyata keçirilir. Bu marşrutqlobal LNG ticarətinin təxminən 1/5 hissəsini təşkil edir. Əgərİran üzərindən keçən bu nəqliyyat marşrutu bağlansa, Çin vəHindistan məcburən alternativ enerji mənbələrinə yönələcək. Bu isədigər bazarlarda qiymət artımına səbəb olacaq. Çünki İransanksiyalar altında olsa belə, xüsusilə Çin öz neft tələbatınınəhəmiyyətli bir hissəsini məhz İran hesabına qarşılayır".

Ekspertin sözlərinə görə, aviasiya sektorunda da gərginlikvar:

“İran, İsrail, İraq və İordaniya hava məkanlarını bağlayıb. Birneçə beynəlxalq aviaşirkət regiona uçuşları dayandırıb, Təl-Əvivdənsərnişinsiz təyyarələr Kipr və Avropa şəhərlərinə yönləndirilib.Marşrut dəyişiklikləri səyahət vaxtını uzadır, yanacaq xərcləriniartırır və sığorta risklərini böyüdür. Bu isə ciddi həm logistikxidmətlərdə, həm də turizm üzrə qiymət artımlarına səbəb olur.Ticarət yolları və əhlizlə də təhlükə altındadır. Hörmüz boğazıyalnız enerji deyil, həm də konteyner yükləri, o cümlədən məişəttexnikası və istehlak malları üçün əsas dəhlizdir. Münaqişə sığortahaqlarını artırır, gecikmələr və daşınma xərcləri isə son nəticədəistehlakçının ödədiyi qiymətlərə təsir edir. İsrail daxilində dəvəziyyət heç də rahat deyil, panika əlamətləri artır. Şekel dollarqarşısında 2% dəyər itirib. Supermarketlərdə izdiham yaşanır.Məlumatlara görə əksər alış veriş şəbəkələrində alış səviyyəsi 300%artıb, bəzi məhsulların rəfləri boşalıb. Böyük Britaniyanın ənböyük bankı Barclays və EY-Parthenon şirkəti isə bu qarşıdurmanı“qlobal tənəzzülə səbəb ola biləcək ssenari” adlandırır. Neftinbahalaşması təkcə yanacaqla yanaşı, ərzaq, daşınma və istehsalxərclərində də artıma səbəb olacaq”.

“Bu proseslər belə davam edərsə, təbii olaraq neft qiymətləriartacaq. Ələlxüsus da tərəflərin hədəf olaraq hansı nöqtələriseçməsi neft qiymətlərininn sonrakı artım dinamikasını şərtləndirənəsas səbəb olacaq. Bu mənzərə təbii olaraq Azərbaycan dövlətiniciddi narahat edir. Bizim dövlət siyasətimizə uyğun olmayansituasiya yaranıb. Ümumilikdə isə neft qiymətlərinə gəldikdə isə,təbii ki, qiymətlərin artması ölkəmizə daha çox valyuta daxilolmasına imkan verəcək”- E.Əmirov qeyd edib.

Seçilən
11
12
az.trend.az

3Mənbələr