AZ

İran xəbər göndərdi: “Danışığa hazırıq”

İran rəsmiləri vasitəçilərə ABŞ ilə danışıqları bərpa etməyə hazır olduqlarını, ancaq bunun üçün şərt kimi İsrailin hücumlarını dayandırmasını irəli sürüblər.

“Cebheinfo.az” xəbər verir ki, bunu “Washington Post” (WP) mənbələrə istinadən yazır.

Qəzetin yazdığına görə, Qətər və Oman İsrail və İran arasında atəşkəs danışıqlarına başlamaq səylərinə rəhbərlik edir.

“The New York Times” xəbər verir ki, Ağ Ev rəhbəri xüsusi elçi Steven Vitkoff və vitse-prezident Vensdən bu həftə İran rəsmiləri ilə görüşməyi xahiş edib.

CNN, həmçinin bildirib ki, Tramp öz komandasına İran rəsmiləri ilə tez bir zamanda görüş təşkil etməyi tapşırıb.

Seçilən
17
cebheinfo.az

1Mənbələr