AZ

Erməni hücumçu millimizin müdafiəçisi ilə bir komandada

Azərbaycan millisinin futbolçusu Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" (Albaniya) yeni transferini açıqlayıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Roqojina şəhər təmsilçisi Ermənistanın "Ararat-Armeniya" komandasından Misak Akopyanı heyətinə qatıb.

21 yaşlı hücumçu növbəti mövsümü icarə əsasında "Eqnatiya"da keçirəcək.

Akopyan son iki mövsümdə icarə əsasında İrəvanın MOİK komandasında olub. O, 21 yaşadək futbolçulardan ibarət Ermənistan yığmasının kapitanıdır.

Zamiq Əliyev 2024-cü ilin yayından "Eqnatiya"nın şərəfini qoruyur.

Seçilən
2
sportinfo.az

1Mənbələr