AZ

Ölkələr öz vətəndaşlarını İsraildən çıxarmağa başladı - “Bu son şansınız ola bilər”...


İsraillilər də kütləvi şəkildə Təl-Əvivi tərk etməyə başlayıb

İran və İsrail arasında münaqişə getdikcə daha da böyüyür. Qarşıdurmalardan qaçan İsrail vətəndaşları kütləvi şəkildə Təl-Əvivi tərk etməyə başlayıb.

Yunan Kiprdə Alfa TV-nin xəbərinə görə, ölkəsini yaxtalarla tərk edən israillilər, Limassol və Ayia Napa başda olmaqla yunan Kiprində axın edirlər.

İsrailin "Haaretz" qəzeti də xəbərləri təsdiqləyib. Məlumata görə, ölkəni tərk etmək istəyən israillilər minlərlə dollar ödəyərək dəniz yolu ilə Kiprə getməyə başlayıb. Yaxta sahibləri bunu fürsətə çeviriblər. Yunan Kiprinə normalda 900 dollara başa gələn səyahət indi bəziləri tərəfindən 1700 dollara qədər artırılır. Üstəlik, bir çox yaxtaların sərnişin daşımaq üçün lazımi sığorta belə yoxdur.

Bir çox ölkə də İsraildən öz vətəndaşlarını təxliyə etməyə başlayıb. Təxliyyələr əsasən dəniz yolu ilə Cənubi Kipr, İordaniya və Misirdən keçməklə həyata keçirilir.

ABŞ Dövlət Departamenti ABŞ vətəndaşlarına İsrail, İordan çayının qərb sahili və Qəzzaya səyahət etməmələri barədə xəbərdarlıq edib. ABŞ Dövlət Departamenti vətəndaşlarını "silahlı qarşıdurma, terrorizm və vətəndaş iğtişaşları" səbəbilə İsrailə səfər etməmələri ilə bağlı xəbərdarlıq edib.

Rusiyanın Təl-Əvivdəki səfirliyi də İsrail və İran arasında münaqişənin kəskinləşməsi fonunda öz vətəndaşlarını ölkəni tərk etməyə çağırıb. Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov İsraildəki bütün Rusiya vətəndaşlarını vəziyyət normallaşana qədər ölkəni tərk etməyə çağırıb. Viktorov vətəndaşlara vizasız daxil ola biləcəkləri Misir vasitəsilə çıxmağı və oradan Rusiyaya uçuş tapmağı tövsiyə edib.

Britaniya və Bolqarıstan da vətəndaşlarını İsraili tərk etməyə çağırıb. Sabahdan ətəndaşlarının İsraili quru yolu ilə tərk etməyə başlayacağını açıqlayan Litva Milli Böhran İdarəetmə Mərkəzinin rəhbəri Vilmantas Vitkauskas isə İsraildə vəziyyətin gərgin və mürəkkəb olduğunu deyib. Vitkauskas "Bu, son şansınız ola bilər" deyərək Litva vətəndaşlarını təxliyə üçün qeydiyyatdan keçməyə çağırıb.

Almaniya, Çexiya, Polşa vətəndaşlarının təxliyə ediləcəyini açıqlayıb. Slovakiya və Portuqaliya isə vətəndaşlarının təxliyəsi üçün Cənubi Kiprdən yardım istəyib.

TAHİR

Seçilən
3
baki-xeber.com

1Mənbələr