AZ

Rusiya Kiyevə raket və PUA zərbələri endirib –14 nəfər ölüb

Kiyev bu gecə Rusiyanın kütləvi raket və dron hücumuna məruz qalıb.

AzPost bildirir ki, Rusiyanın irimiqyaslı birləşmiş zərbəsi nəticəsində 14 nəfər həlak olub. Bu barədə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.

“İlkin hesablamalara görə, Kiyevdə artıq 14 nəfər ölüb. Məlumat yenilənəcək”, o yazıb.

Kiyev şəhər rəhbərinin sözlərinə görə, Ukraynanın paytaxtı növbəti ağır gecəni yaşayıb. Hazırda təcili yardım xidmətləri yerlərdə işləyir.

“Düşmənin zərbəsi nəticəsində çoxmərtəbəli yaşayış binasının konstruksiyaları dağılıb”, – o əlavə edib.

 

AzPost.az

Seçilən
2
1
azpost.info

2Mənbələr