Bakivaxti portalından alınan məlumata görə, ain.az xəbər verir.
Cənubi Kipr Hindistan hərbi gəmilərinə limanlarını açacaq.
Bakıvaxtı.az yunan mətbuatına istinadən xəbər verir ki, bu barədə Cənubi Kiprin lideri Nikos Xristodulidis və Hindistanın Baş naziri Narendra Modi Rum Prezident Sarayında 10 maddəlik “Birgə Əməkdaşlıq Bəyannaməsi” imzalayıblar.
Liderlər dəniz əməkdaşlığının genişləndirilməsini də müzakirə ediblər. Hindistan hərbi gəmilərinin Cənubi Kipr (Rum İdarəsi) limanlarına daha müntəzəm səfərləri təşviq olunacaq, dəniz məlumatlılığının və regional təhlükəsizliyin artırılması məqsədilə birgə təlim və təcrübələrin keçirilməsi üçün yeni imkanlar birgə araşdırılacaq.
Əli Hüseynov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.