Prezident Kasım-Jomart Tokayev II Çin-Mərkəzi Asiya Sammitində iştirak etmək üçün Astanaya gələn Çin Dövlət Başçısı Si Cinpinin görüşü olub.
Herbiand.az xəbər verir ki, Qazaxıstan Prezidenti Administrasiyasından verilən məlumata görə, Çin lideri ilə danışıqlar zamanı Tokayev Çini Qazaxıstanın təkcə yaxşı qonşusu deyil, həm də yaxın dost və etibarlı tərəfdaş adlandırıb.
Tokayev qeyd edib ki, ikitərəfli münasibətlərin tarixində heç vaxt münaqişə və maneələr olmayıb.
O, həmçinin vurğulayıb ki, Qazaxıstan Çinin suverenlik məsələlərində davamlı dəstəyini yüksək qiymətləndirir.
Tokayev Çinin Qazaxıstanın ən böyük ticarət tərəfdaşı olduğuna diqqət çəkərək, ötən il ikitərəfli ticarətin həcminin rekord həddə - 44 milyard dollara çatdığını bildirib.
Prezident həmçinin Qazaxıstanın ən azı iki-üç atom elektrik stansiyası tikmək qərarına gəldiyini və bu layihə çərçivəsində Çin Milli Nüvə Korporasiyasının (CNNC) etibarlı strateji tərəfdaş hesab edildiyini də bildirib.
Tokayev və Çin lideri arasında keçirilən görüşdən sonra iki ölkə hökumətləri arasında 24 sənəd imzalanıb.
Qazaxıstan və Çin nümayəndə heyətləri arasında aparılan danışıqlarda enerji, aviasiya, rəqəmsallaşma, gömrük tənzimlənməsi, kənd təsərrüfatı, elektron ticarət, turizm, tibb, media, elm və regionlararası əlaqələr kimi sahələrdə sazişlər imzalanıb. Bundan əlavə, ümumi dəyəri 24 milyard dollardan çox olan 58 kommersiya sənədi imzalanıb.