AZ

Bonnda COP30-a hazırlıq başlayıb

Finss.az - Bu gün Almaniyanın Bonn şəhərində BMT-nin İqlim üzrə Subsidiar Orqanlarının 62-ci Sessiyası – SB62 öz işinə başlayıb.

“Bonn Sessiyası” adlandırılan bu tədbir BMT-nin növbəti iqlim konfransı olan COP30-a hazırlıq xarakteri daşıyır.

Azərbaycanı tədbirdə təmsil edən COP29-un Baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev jurnalistlərə açıqlamasında bildirib ki, ölkəmizin əsas rolu COP29-un sədr ölkəsi kimi prosesə rəhbərlik və COP30-a təşkilati dəstək göstərməkdir.

“Bizim burada əsas rolumuz COP29-un Sədrliyi olaraq ölkəmizi yüksək səviyyədə təmsil etmək, növbəti COP-un keçirilməsinə dəstək göstərməkdir. Bu tədbirdə məqsəd əsas sənədlərin qəbulu ilə bağlı prosesin idarə edilməsidir”, – deyə o bildirib.

Rəfiyev qeyd edib ki, Braziliya COP30-un təşkilatçısı kimi sənədlərin hazırlanmasına cavabdeh olsa da, Azərbaycan təcrübəsinə əsaslanaraq bu prosesə dəstək verir.

“Bakıda biz çətin, lakin vacib qərarların qəbuluna nail olduq və bu sahədə artıq peşəkar bir komanda formalaşıb. Hazırda həmin təcrübədən istifadə edərək, Braziliya tərəfinə dəstək veririk. Çünki geosiyasi gərginlik səbəbindən qlobal iqlim danışıqları mürəkkəbləşib”, – deyə diplomat vurğulayıb.

Rəfiyev əlavə edib ki, Azərbaycan COP29 zamanı irəli sürdüyü 14 təşəbbüsün təşviqi məqsədilə Bonnda müxtəlif tədbirlər təşkil edəcək:

“İki həftə ərzində Bonnda 7 tədbirimiz olacaq”, – deyə o bildirib.

Seçilən
4
21
fins.az

10Mənbələr