AZ

Tramp administrasiyasına İran rəsmiləri ilə görüş keçirməyi tapşırıb


ABŞ Prezidenti Donald Tramp administrasiyasına İran rəsmiləri ilə tez bir zamanda görüş keçirməyə çalışmağı tapşırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə CNN mənbələrə istinadla məlumat yayıb.
“Tramp təcili olaraq İranın İsraillə münaqişənin diplomatik yollarla həllində ciddi olub-olmadığını öyrənməyə çalışır”, - sözügedən mənbələrdən CNN-ə bildirilib.
Qeyd olunub ki, Tramp Kanadada keçirilən G7 sammitində Avropa liderlərinə hazırda İran və İsrail arasında atəşkəslə bağlı danışıqlar aparıldığını deyib. ABŞ prezidenti həmçinin bildirib ki, Amerika və İran rəsmilərinin bu həftənin sonunda görüşəcəyini gözləyir.
Seçilən
6
yeniavaz.com

1Mənbələr