Senat çoxluğunun lideri Con Tun deyib ki, İsrail və İran arasında münaqişənin diplomatik yollarla həlli cəhdləri uğursuz olarsa, güc yolu ilə müdaxilə variantı istisna oluna bilməz...
Poliqon xəbər verir ki, onun sözlərini CNN nəşri sitat gətirib.
"Birləşmiş Ştatlar hazırda əsasən müdafiə mövqeyindədir, lakin hansısa məqamda hücum strategiyasına keçmək lazım gələ bilər. Bununla belə, belə qərarlar prezident, onun komandası və Pentaqon tərəfindən qəbul edilməlidir", Tune deyib.
Onun sözlərinə görə, o, müdafiə məsələlərində prezident Trampın əl-qolunu bağlamaq istəmir.
Bundan əvvəl Donald Tramp mətbuat konfransı zamanı Vaşinqtonun hansı şəraitdə Tehranla müharibəyə girə biləcəyini söyləməkdən imtina edib.
Poliqon.info