AZ

"Traktor" futbol klubu Trampın hədəsinə CAVAB VERDİ

ABŞ Prezidenti Donald Trampın “Tehran dərhal boşaldılmalıdır, hamı oranı tərk etməlidir!” çağırışı Yaxın Şərqdə artan hərbi gərginliyin fonunda böyük panika yaradıb.

Musavat.com xəbər verir ki, Trampın bu çağırışı İran paytaxtının genişmiqyaslı hücumlarla üzləşə biləcəyi ehtimalını gündəmə gətirib.

Tehran ətrafında 15 milyondan çox insan yaşayır və bu çağırış ictimaiyyət arasında dərin təlaş doğurub. Mövzuya İranın azərbaycanlıların təmsil olunduğu tanınmış futbol klubu – “Traxtor” da reaksiya verib. Klubun bəyanatında deyilir:

“Orada 15 milyona yaxın insan yaşayır. Fərqi yoxdur – türk, fars və ya başqa irq. Biz türklər irqçi millət deyilik, heç kimin zərər görməsini istəmirik. Nə vaxtdan insanların həyatı bu qədər dəyərsizləşib? Bir gündə 15 milyon insan hara gedə bilər? Bu, anlaşılmazdır.”

Klubun bu bəyanatı sosial şəbəkələrdə sürətlə yayılıb və bir çox istifadəçi tərəfindən insanlıq çağırışı kimi dəyərləndirilib.

Hazırda bölgədə vəziyyət kritik olaraq qalır və istər İrandan, istər region ölkələrindən, istərsə də beynəlxalq təşkilatlardan təcili humanitar və diplomatik reaksiyalar gözlənilir.

Musavat.com

Seçilən
14
3
musavat.com

4Mənbələr