AZ

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısının Azərbaycanda keçirilməsi müzakirə olunub

Finss.az - "OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda iştirak çərçivəsində İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir ilə görüşdük.

Davamlı artım və infrastruktur quruculuğu baxımından Bankla uğurlu tərəfdaşlığı qeyd etdik. Birgə fəaliyyətin genişləndirilməsi istiqamətləri, ölkəmizdə özəl sektorun inkişafı, 2026-cı ildə İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısının Azərbaycanda keçirilməsi və gündəlikdə olan digər məsələlərə dair fikir mübadiləsi apardıq".

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Seçilən
8
1
fins.az

2Mənbələr