AZ

Rusiya Kiyev küçələrini qana boyadı: 14 ölü, 40 yaralı var – FOTO-VİDEO

İyunun 17-ə keçən gecədən başlayaraq Ukraynanın paytaxtı Kiyev şəhəri çoxkombinasiyalı hava hücumuna məruz qalıb.

Bizim.Media xəbər verir ki, Rusiya silahlı qüvvələri ilkin olaraq kütləvi hücum dronlarından istifadə edib.

Kiyevdə intensiv partlayış səsləri eşidilib. Daha sonra paytaxtda müxtəlif tipli raketlər atılıb. Bununla bağlı Kiyev şəhər Hərbi Administrasiyası vətəndaşları xəbərdarlıq edib.

Kiyev şəhər meri Vitali Kliçko bildirib ki, hava hücumu nəticəsində Kiyevin bir sıra yaşayış binalarında dağıntılar qeydə alınıb, 14 nəfər həlak olub, 40 nəfər yaralanıb.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun sözlərinə görə, dağıntılar Solomenski, Svyatoşinski, Darnitski, Dniprovski, Podolski və Obolonski rayonlarında 12 məntəqədə qeydə alınıb.

Səhərə yaxın Rusiya həmçinin Odessaya dronlarla kütləvi hücum təşkil edib. Şəhərdə çoxlu dağıntılar var, çox sayda insan xəsarət alıb.

Fövqəladə Hallar üzrə Dövlət Xidməti, təcili yardım maşınları hadisə yerindədirlər.

Hazırda da Kiyevə hava hücumu davam edir.


Bizim.Media

Seçilən
3
9
bizim.media

10Mənbələr