AZ

İsrail polisi ölkədəki xarici KİV lərin qaldığı yerlərə basqın etdi

Lent az saytına istinadən ain.az xəbər verir.

İsrailin həddindən artıq sağçı Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvirin İsrail polisi və kəşfiyyatına xarici televiziya kanallarının canlı yayımlarının qarşısını alma əmrindən sonra polis Hayfada KİV nümayəndələrinin qaldığı yerlərə basqın edib və onların avadanlıqlarını ələ keçirib.

Lent.az xəbər verir ki, məlumata görə avadanlıqları ələ keçirilən jurnalistlər ifadə vermək üçün polisə çağırılıb.

İsrailin İrandan gələn hücumlar zamanı xəbərlərin yayılmaması üçün senzura qaydaları tətbiq etdiyi bildirilir.

Ben-Qvir xarici televiziya kanallarına qarşı tədbir görülməsi üçün polisə göstəriş verdiyini açıqlayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
lent.az

1Mənbələr