AZ

ASTA “Mingəçevir”in büdcəsini azaldıb?

1-ci liqa təmsilçisi “Mingəçevir”ə yeni sponsor gələndən sonra klubla bağlı xəbərlər də artıb. Klubun sponsoru ASTA-nın büdcəni azaltdığı, Füzuli Məmmədovla yolları ayırmaq istədiyi də deyilir.

“Football-plus.az” təcrübəli mütəxəssislə danışarkən ikiillik müqaviləsinin olduğunu, heç yerə getmədiyini dedi. Lakin klubun maliyyəni azaltması ilə bağlı məlumatının olmadığını da vurğuladı. Biz də klubun idarə heyətinin sədr müavini, sabiq rəhbəri Ruslan Həmidovla əlaqə saxlayıb, məsələni dəqiqləşdirdik:
“Bu barədə dəqiq heç bir məlumat yoxdu. Çünki hələ iclas olmayıb. Büdcənin azaldılması yanlış məlumatdı”.
MÜZƏFFƏR QULUZADƏ
Seçilən
18
1
football-plus.az

2Mənbələr