AZ

Azərbaycan fürsətdən istifadə edə bilərmi?

Erməni mediası və ekspertləri İsrailin İrana vurduğu sarsıdıcı zərbələrlə bağlı əsas etibarilə iki məqamı diqqətdə saxlamağa çalışırlar.

Birinci məqam dezinformasiyalar yaymaqla bağlıdır. Belə ki, ermənilər var gücləri ilə fars-molla rejimini inandırmağa çalışırlar ki, guya, Azərbaycan İsrailə bu və ya digər formalarda dəstək verir. Alçaq SEPAH da məhz ermənilərin bu saxta iddialarına əsaslanıb Azərbaycanı ittiham edir.

İkinci məqam isə ermənilərin İsrailin İrana zərbə endirməsindən həddindən artıq narahat olmasıyla bağlıdır. Belə ki, onlar düşünür ki, birincisi, Ermənistan İranın sıradan çıxarılmasıyla tamamilə müdafiəsiz qalır. İkincisi isə, son günlərdə bir çox erməni ekspertlərində belə bir xof, qorxu hissi yaranıb ki, Azərbaycan Zəngəzuru özünün “qırmızı xətt”i elan etmiş molla rejiminin düşdüyü hazırkı şok və pat vəziyyətindən istifadə edib Ermənistana hücum edə və beləliklə, hərbi güc vasitəsilə Zəngəzur dəhlizinin açılmasını təmin edə bilər. Bu məsələni hətta geniş şəkildə müzakirəyə çıxaran erməni KİV-i də var.

Lakin erməniçilik zehniyyəti həmişə olduğu kimi bu dəfə də özünü məkrli, neqativ yöndən büruzə verir. “Xain xoflu olar” gerçəkliyi ermənilərə heç vaxt sağlam və rasional düşünməyə imkan vermir. Bu mənada, ermənilərin bizim düşüncə tərzimizi öz arşınları ilə ölçüb Azərbaycanın mümkün hücumu ilə bağlı xoflanmaları, narahat olmaları əbəsdir. Çünki Ermənistandan fərqli olaraq Azərbaycan heç vaxt fürsətçi hərəkətlərə yol vermir. 

Regional supergüc və ya regional dominant roluna iddialı olan İranın son günlərdə İsrailin zərbələri nəticəsində iflic vəziyyətinə düşməsi onsuz da enində-sonunda Zəngəzur dəhlizinin açılması üçün əlverişli şərait yaradacaq. Həmin məqam yetişəndə isə ermənilərin nə düşünməsi heç kimi maraqlandırmayacaq.

Seçilən
5
vaxt.az

1Mənbələr