Abşeron Rayon Məhkəməsində saxta pul əldə etmədə təqsirləndirilən Lalə Əsədovanın (adı, soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, digər cəzaları da birləşdirilərək 7 il 5 ay müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 03 yanvar 2023-cü il tarixdə, saat 14 radələrində Abşeron rayonu, Saray qəsəbəsində qeydə alınıb.
Belə ki, Lalə Əsədova istintaqa məlum olmayan İlqarə (şərti) adlı şəxsdən satış məqsədi ilə 100-lük Azərbaycan manatı əsginasına oxşar saxta pul vahidini əldə edib. O, həmin gün pulu sözügedən qəsəbədə yerləşən qeyri-qida məhsulları mağazasında satıcıdan 8 manat 70 qəpik dəyərində əşyalar alıb. Satıcı da qalıq kimi 91 manat 30 qəpik nağd pulu ona qaytarıb. Sonrada satıcı pulun saxta olduğunu anlayıb və Lalə mağazadan çıxaraq uzaqlaşıb.
Qeyd: Lalə Əsədova narkotik ittihamına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
Kamal Məmmədov