AZ

ABŞ Yaxın Şərqdə gərginlik fonunda "USS Nimitz" təyyarədaşıyanını bölgəyə göndərir

Bakı. Trend:

ABŞ Hərbi Dəniz Qüvvələri İsrail və İran arasında artan regionalgərginlik fonunda "USS Nimitz" təyyarədaşıyan gəmisini Hind-Sakitokeanından Yaxın Şərqə yönləndirib.

Trend-inməlumatına görə, bu barədə “Navy Times” nəşri yazıb.

Məlumata əsasən, əvvəllər Cənubi Çin dənizində adi patruləməliyyatları həyata keçirən aviadaşıyıcı bu həftə sonu Malakkaboğazını keçərək Yaxın Şərqə doğru hərəkətə başlayıb.

ABŞ Müdafiə Nazirliyinin rəsmisi qeyd edib ki, bu qərar birbaşaİran-İsrail arasında baş verən son raket mübadiləsinə cavab deyil.Gəminin bölgəyə yerləşdirilməsi, artıq yeddi aydır bölgədə olan vərotasiyaya hazırlaşan "The Carl Vinson Strike Group"u əvəzləməkməqsədi daşıyır.

Xatırladaq ki, iyunun 13-də İsrailin İrana zərbəsindən sonratərəflər arasında qarşılıqlı raket atışması baş verib. ABŞPrezidenti Donald Tramp isə münaqişə tərəflərini atəşkəsəçağıraraq, İran və İsrail arasında sülhə nail olacağına dair vədverib.

Seçilən
9
az.trend.az

1Mənbələr