AZ

Bir İngiltərə klubundan digərinə yollandı

“Tottenhem”də baş məşqçi probleminə son qoyulub. Bu vəzifəyə Tomas Frank təyin edilib.

London klubunun saytının məlumatına görə, 51 yaşlı mütəxəssislə müddəti 2028-ci ilin yayına qədər razılaşdırılan müqavilə imzalanıb. Frank son mövsüm “Brentford”dakı uğurlu fəaliyyəti ilə yadda qalıb. Bir müddət əvvəl yerli mətbuatda “Brentford”un onu 12 milyon funt sterlinq əvəzində sərbəst buraxacağı xəbər verilmişdi.

Xatırladaq ki, “Tottenhem” ötən mövsüm Avropa Liqasının qalibi olub. Buna baxmayaraq, komandanın premyer-liqada 17-ci yeri tutması rəhbərliyi baş məşqçisi Angelos Postekoğlunu istefaya göndərməyə vadar edib.

Avstraliyalı mütəxəssis paytaxt klubuna 2023-cü ildə təyinat almışdı.

Seçilən
17
1
football-plus.az

2Mənbələr