AZ

Avropa Liqası: "Sabah"ın rəqibi müəyyənləşir

BAKI, 17 iyun. TELEQRAF

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.

Teleqraf xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə Azərbaycanın bu turnirdəki təmsilçisi “Sabah"ın da rəqibi bəlli olacaq.

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Səpələnməmişlər səbətində yer alan “Sabah”ın potensial rəqibləri aşağıdakılardır:

“Hapoel Beer Şeva” (İsrail)

"Şaxtyor Donetsk” (Ukrayna)

“Partizan” (Serbiya)

“Legiya” (Polşa)

ÇFR (Rumıniya)

"Spartak Trnava" (Slovakiya)

"Tselye" (Sloveniya)

“Şerif” (Moldova)

"İlves" (Finlandiya)

Qeyd edək ki, "Sabah" ilk oyununu iyulun 10-u, cavab görüşünü isə iyulun 17-də keçirəcək.

Seçilən
22
3
teleqraf.com

10Mənbələr