AZ

Almaniya “Darknet”dəki nəhəng narkoticarət şəbəkəsinə zərbə endirib

Bakı. Trend:

Almaniya Federal Cinayət İdarəsi (BKA) və Frankfurt Prokurorluğu“Darknet”də fəaliyyət göstərən ən iri cinayətkar onlayn ticarətplatformalarından biri olan “Archetyp Market”ə qarşı genişmiqyaslıbeynəlxalq əməliyyat keçirib.

Trend-in“Tagesschau” xəbər xidmətinə istinadən verdiyi məlumata görə,Avropa İttifaqının bir sıra ölkələrinin hüquq-mühafizə orqanlarınınkoordinasiyası ilə həyata keçirilən əməliyyata 300-dən çox əməkdaşcəlb olunub. Əməliyyat çərçivəsində Aİ ölkələrində 25 ünvan üzrəaxtarış aparılıb.

Ümumi dövriyyəsi 250 milyon avro olan platformanın əsasadministratoru – 30 yaşlı Almaniya vətəndaşı İspaniyanın Barselonaşəhərində saxlanılıb. “Archetyp Market”in fəaliyyət göstərdiyiserver isə Niderlanddakı məlumat mərkəzində ləğv edilib.

Platformanın moderator və satıcıları olmaqda şübhəli bilinənşəxslərə qarşı Almaniya, Rumıniya və İsveçdə əməliyyatlarkeçirilib. İsveçdə 7 nəfər saxlanılıb.

Axtarışlar zamanı çox sayda mobil telefon, kompüter, yaddaşdaşıyıcıları və ümumi dəyəri 7,8 milyon avro olan əmlak müsadirəolunub.

Qeyd edək ki, “Archetyp Market”də əsasən amfetamin, kannabis,fentanil, heroin və kokain kimi narkotik vasitələrin satışı həyatakeçirilirdi. Platformada təxminən 17 min satış elanı, 612 ministifadəçi hesabı və 3,2 min satıcı qeydiyyatdan keçmişdi. Bütünödənişlər “Monero” adlı kriptovalyuta ilə aparılıb.

Seçilən
4
az.trend.az

1Mənbələr