AZ

Kəşfiyyat agentliyinə qadın rəhbərlik edəcək

ain.az, Reyting.az saytına istinadən bildirir.

İngiltərənin xarici kəşfiyyat agentliyi Mİ6-ya ilk dəfə qadın rəhbərlik edəcək. Reyting.az xəbər verir ki, bunu Böyük Britaniya baş nazirinin ofisindən bildiriblər.Böyük Britaniyanın baş naziri Kir Starmer 16 iyunda bəyan edib ki, Bleyz Metreveli Xarici və Birlik İdarəsinin Gizli Kəşfiyyat Xidmətinə rəhbər təyin olunub. Bu xəbəri hökumətin mətbuat xidməti də təsdiq edib. Rəsmi məlumatda qeyd olunur ki, Metreveli agentliyin tarixində 18-ci rəhbər, eləcə də Böyük Britaniyanın belə bir dövründə, yəni ölkə düşmənlərinin artan təhdidləri ilə üzləşdiyi çətin vaxtda bu vəzifədə olan ilk qadın olacaq. Təyinat ilə bağlı danışan Bleyz Metreveli isə yeni təyinatdan "qürur duyduğunu, bunu özü üçün şərəf" hesab etdiyini söyləyib.Bleyz Metreveli 2020-ci ildən agentliyə rəhbərlik edən Riçard Muru əvəz edəcək. Qeyd olunur ki, 47 yaşlı Metreveli öncə məxfi xidmətdə yox, digər dövlət idarələrində çalışıb. O, 1999-cu ildən Britaniya kəşfiyyat xidmətlərində işləyir ki, bu da peşəkarlıq baxımından böyük dövr sayılmır. Yeni vəzifəsinə təyin olunana qədər Metreveli "Q" idarəsinə, yəni texnologiya və innovasiyalara məsul olan bölməyə rəhbərlik edib. Uğurlu karyera qurmağa nail olan, eləcə də vəzifə pillələrində sürətlə irəliləməyi bacaran bu qadın qısa bir müddət sonra İngiltərə dövlətinin digər əks-kəşfiyyat idarəsinə, Böyük Britaniya Təhlükəsizlik Xidməti Mİ5-in rəhbəri olub.Metreveli yeni vəzifəsinin icrasına payız ayında, R. Murun istefasından sonra başlayacaq.Oqtay QORÇU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
reyting.az

2Mənbələr