AZ

İrlandiyada “tənha analar evi”ndə yüzlərlə körpə cəsədinin axtarışına başlanılıb

Bakı. Trend:

İrlandiyada bir zamanlar ərə getməmiş hamilə qadınlarınyerləşdirildiyi “tənha analar evi”nin ərazisində yüzlərlə körpəyəaid olduğu ehtimal edilən cəsədlərin axtarışına başlanılıb.

Trend xəbər verirki, bu barədə “Sky News” məlumat yayıb.

Məlumata görə, ərazidə 800-ə yaxın uşağın qalıqları kütləviməzarlıqda basdırılmış ola bilər. Araşdırmalar 1925–1961-ci illərarasında bu müəssisədə baş verən hadisələrlə bağlıdır. Həmin dövrdəİrlandiyada Katolik kilsəsinin güclü təsiri nəticəsində ərəgetməmiş qadınların doğduğu uşaqlar cəmiyyət tərəfindən qəbuledilmirdi və “günahkar” sayılırdı.

Yerində araşdırma aparan yerli tarixçi Ketrin Korless hesab edirki, həmin uşaqların cəsədləri binanın altında yerləşən, “çuxur”adlanan keçmiş kanalizasiya çəninə atılıb.

İrlandiya hökuməti DNT testləri vasitəsilə mümkün qədər çoxuşağın şəxsiyyətini müəyyənləşdirmək və onların hamısını ləyaqətləyenidən dəfn etmək niyyətindədir.

Seçilən
15
az.trend.az

1Mənbələr