AZ

Beynimiz xəyal ilə gerçəyi belə ayırd edirmiş

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Alimlər deyir ki, beynimiz xəyal ilə gerçək görüntünü ayırmaq üçün düşündüyümüz qədər mürəkkəb mexanizmə malik deyil.

Milli.Az xəbər verir ki, ABŞ-də aparılan yeni bir araşdırmaya görə beynin bir hissəsindəki aktivlik səviyyəsi - yəni orada nə qədər güclü siqnal getdiyi - bizə bu görüntünün gerçək olub olmadığını hiss etdirir.

Bu hissəyə fusiform girus deyilir. Bu bölgə həm gerçək görüntü görəndə, həm də onu xəyal edəndə aktivləşir. Amma əsas fərq ondadır ki, xəyal edəndə bu bölgədəki siqnal zəif olur, gerçək görəndə isə daha güclü olur. Beyin də sadəcə müəyyən bir səviyyədən yuxarı olan siqnalı "hə, bu gerçəkdir" kimi qəbul edir.

Alimlər təcrübə zamanı 26 nəfərə bir ekranda xətlər göstərib ya da göstərməyib, görüb-görmədiklərini soruşublar. Bəzən də onlardan bu xətləri xəyal etmələrini istəyiblər. Nəticədə bəlli olub ki, adamlar əgər bir görüntünü gözləyirsə və onu xəyal edirsə, bu xəyalı beyin gerçək kimi qəbul edə bilir. Yəni, gözlə görməsə belə, sanki görmüş kimi olur.

fMRI görüntüləmə texnologiyası ilə bu proses izlənib. Göstərilib ki, fusiform girus həm xəyalda, həm də gerçək görüntüdə işə düşür, amma yalnız güclü aktivlik olduqda beyin buna "doğrudan da var" deyə qərar verir.

Bundan başqa, siqnal güclənəndə beynin qərarvermə və analizə cavabdeh hissəsi - anterior insula - da aktivləşir. Bu da göstərir ki, bu hissə fusiform girusdan gələn siqnalı yoxlayır və "bu doğrudanmı var?" qərarını verir.

Tədqiqatın bir məhdudiyyəti odur ki, çox sadə vizual görüntülərlə aparılıb. Alimlər gələcəkdə üzlər, heyvanlar və əşyalar kimi daha mürəkkəb görüntülərlə testlər aparmaq istəyir. Onlar həmçinin beynə dəqiq vaxtda verilən siqnallarla xəyalın tam real kimi qəbul edilə bilib-bilməyəcəyini də araşdırmaq niyyətindədir.

Müstəqil bir neyroloq olan Thomas Pace bu araşdırma haqqında deyib ki, bu tapıntı xəyal ilə gerçəyi ayırmağın çox sadə bir izahını verir və halüsinasiyaların necə yarandığını anlamaqda da kömək edə bilər.

İsmayıl

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
2
news.milli.az

3Mənbələr