AZ

Başıbəlalı futbolçu yenidən həbs olundu

Kuinsi Promesin başı dərddən qurtulmur.

"Football-plus.az" xəbər verir ki, Niderland yığmasının sabiq oyunçusu Dubayda yenə həbs olunub. “De Telegraaf” qəzetinin yaydığı xəbərə görə, o, Niderland prokurorluğunun tələbi əsasında saxlanılıb.

Xatırladaq ki, Kuinsi 2024-cü ilin martında Avropa ölkəsində narkotik qaçaqmalçılığı cinayətində təqsirli bilinmiş və şərti olaraq 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. 33 yaşlı hücumçu əmisi oğlunun bıçaqlanması ilə bağlı hadisəyə görə də mühakimə olunmuşdu. Futbolçu Niderland prokurorluğunun tələbi ilə Birləşmiş Ərəb Əmirliklərində növbəti dəfə həbs edilib. Bir müddət əvvəl də həbs olunan Promes may ayında girov qoymaqla həbsdən buraxılmışdı.

O, 2014-21-ci illərdə milli formada 50 oyuna 7 qol vurub. “Spartak” (Rusiya), “Sevilya” və “Ayaks” klublarında da forma geyən təcrübəli futbolçu 2024-cü ildən BƏƏ-nin 1-ci divizion klubu “Dubay Yunayted”də çıxış edir.

Seçilən
14
football-plus.az

1Mənbələr